Oğuzda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
    • 21-04-2024, 23:16
    • 151

Oğuzda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var


Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

News24.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.

Belə ki, Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.

Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.