-
- 22-04-2024, 11:56
- 511
“Ərəblər məni pulla almışdılar" - Meyxanaçı Samirə
"Fars və ərəb dilini çox gözəl bilirəm".
News24.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı "Duz-istiot" verilişində deyib.
O, illər öncə Birləşmiş Ərəb Əmirliklərində çalışdığını deyib:
"Mən 3 il Ərəbistanda işləmişəm. Müqavilə imzalayıb getmişdim. Ərəbistanın 7 şəhəri məni pulla almışdı. Məsələn, 3 ay Küveytdə oxuyurdum, 3 ay Bəhreyndə, 3 ay Kenyada, 3 ay qətərdə. Orada diskolarda ərəb dilində oxuyurdum. Heç məni Türk qızlarına oxşatmırdılar. Deyirdilər Mərakeş qızlarına oxşayıram".