Azərbaycanda DƏHŞƏT: Arvadını balta ilə ÖLDÜRDÜ
    • 22-04-2024, 13:51
    • 2 507

Azərbaycanda DƏHŞƏT: Arvadını balta ilə ÖLDÜRDÜ

Gədəbəydə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elməddin Abdullayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

News24.az Pravda.az-a istinadla bildirir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 22-nə təyin edilib.

Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

O, cəzasının yüngülləşdirilməsini istəyir.

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 6 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Gədəbəy rayonunun Şəkərbəy kəndində qeydə alınıb.

Belə ki, həmin gün 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarət yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmədə Elməddin Abdullayev ifadəsində bildirib ki, arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürüb.