Əmisini biz yeməmişik - Papuadan Baydenə cavab
    • 22-04-2024, 15:49
    • 106

Əmisini biz yeməmişik - Papuadan Baydenə cavab

Papua-Yeni Qvineyanın baş naziri Ceyms Marape ABŞ prezidenti Co Baydenin İkinci Dünya müharibəsi zamanı Papua-Yeni Qvineyada əmisinin adamyeyənlər tərəfindən yeyilmiş ola biləcəyini nəzərdə tutan sözlərinə əsəbiləşdiyini açıqlayıb.

News24.az Modern.az-a istinadən xəbər verir ki, baş nazir Baydenin sözlərinin dil sürüşməsi olduğuna ümid etdiyini bildirib.

“Prezident Baydenin sözləri dil sürüşməsi ola bilər, amma mənim ölkəm belə xatırlanmağa layiq deyil”, - o qeyd edib.

İkinci Dünya Müharibəsinin Papua-Yeni Qvineya xalqı ilə heç bir əlaqəsi olmadığını vurğulayan Marape əlavə edib: "İkinci Dünya müharibəsi mənim xalqımın işi deyildi, lakin mənim xalqım lazımsız yerə səbəb olmadığı bir münaqişəyə sürükləndi".

Papua-Yeni Qvineya xalqının gündəlik həyatlarında İkinci Dünya müharibəsindən qalma bombaların partlaması səbəbiylə ölüm qorxusu ilə yaşadıqlarını ifadə edən Marapenin sözlərinə görə, Papua-Yeni Qvineya və Solomon adalarında çoxlu döyüş meydanları var.

Marape həmçinin ABŞ-ı İkinci Dünya müharibəsində Papua-Yeni Qvineyada həyatını itirmiş əsgərləri tapmağa və müharibənin xarabalıqlarını təmizləməyə çağırıb.