50:0 hesablı qələbə qazandılar
    • 5-05-2024, 16:30
    • 346

50:0 hesablı qələbə qazandılar


Şənbə günü, mayın 4-də Belarusun İdman və Turizm Nazirliyinin tabeliyindəki ikinci liqasında mübarizə aparan “Miori” komandası “Rossony” komandasına 50:0 hesabı ilə qalib gəlib.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, birinci hissədə "Miori" 24, 2-ci hissədə 26 qol vurub. Bu, Belarus futbolu tarixində ən böyük qələbədir.

İdman Nazirliyinin liqası Belarus çempionatının üçüncü güclü divizionudur.