Nazir yeni rəis müavini təyin etdi
    • 22-04-2024, 18:18
    • 219

Nazir yeni rəis müavini təyin etdi

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə növbəti kadr təyinatı olub. 

News24,az Qaynarinfo-ya istinadla bildirir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Quliyev Nizami Qələndər oğlu FHN Sumqayıt Regional Mərkəzin rəis müavini təyin edilib. 

Qeyd edək ki, Nizami Quliyev 29.04.1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Ailəlidir, 1 övladı var.