-
- 23-04-2024, 13:17
- 237
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və...."
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələrindən danışarkən “soyqırım” ifadəsini işlətməkdə tərəddüd etməsi ilə bağlı suala belə cavab verib:
“İndi bölgədə yeni nizam qurulur. Əsassız əzbərləri bir kənara qoymağın vaxtıdır və bu vaxt keçib gedir. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Paşinyan da bunu başa düşür. Tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar. Biz əvvəldən bu məsələ ilə bağlı çox açıq danışdıq, arxivimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspor deyil, bir çox təşviqatçılar da sizin izlədiyiniz kimi Ermənistana təsir göstərməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar”.
Teymur MƏMMƏDOV