Ərdoğan “İran imkan vermir” dedi - Paşinyandan daha bir reaksiya
    • 25-07-2023, 18:44
    • 215

Ərdoğan “İran imkan vermir” dedi - Paşinyandan daha bir reaksiya

“Mövqelərimiz dəyişməyib”. 

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalist Paşinyana “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Zəngəzur dəhlizi” ilə bağlı problemin Ermənistanla deyil, İranla bağlı olduğunu” deməsi ilə bağlı sual ünvanlayıb. Baş nazir suala belə cavab verib: 

“Həmin açıqlamadan sonra biz öz mövqelərimizi və təəssüratlarımızı təkcə tərəfdaş ölkələrimizlə deyil, Türkiyə ilə də bölüşdük. Ermənistan Respublikasının ərazisində heç bir tədbir fəaliyyət göstərə bilməz. Ermənistan son Brüssel görüşündən sonra verilən bəyanatda deyildiyi kimi, ərazi bütövlüyü, suverenlik və yurisdiksiya çərçivəsində fəaliyyət göstərməli olan yolların yenidən açılmasına hazırdır”.

Akqabay