-
- 26-09-2023, 15:03
- 393
Türk ölkələri Şimali Kipri tanıyacaq? - ƏRDOĞAN AÇIQLADI
“Qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatının toplantısı var. Azərbaycan da bu görüşə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatarın dəvət olunmasını istəyir. Noyabrın 3-də Qazaxıstanda toplantı keçiriləcək və inşallah Şimali Kipr Türk Cümhuriyyətini bu toplantıda müşahidəçi üzv kimi görəcəyik”.
News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyə lideri Şimali Kiprin tanınması prosesində Azərbaycan prezidenti İlham Əliyevin də fəallığını dilə gətirib.
“Sağ olsun İlham Əliyev bu məsələdə ciddi şəkildə əzmkarlıq göstərir. Əliyev ŞKTC bayrağının dalğalanmasını istəyir. Ümid edirəm ki, ŞKTC ilə bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik. Şimali Kiprin tanınması Kipr adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir. Adanın reallıqları göz qabağındadır və ŞKTC Kıbrısın açıq reallığıdır".
Ayşən