Ərdoğandan sülhə xidmət etməyən ölkələrə ÇAĞIRIŞ
    • 19-02-2024, 17:56
    • 158

Ərdoğandan sülhə xidmət etməyən ölkələrə ÇAĞIRIŞ

"Azərbaycan və Ermənistan arasında daimi sülh sazişinin imzalanması regionumuzda və dünyada sülh, əmin-amanlıq və sabitliyə yeni ümid mənbəyi olacaq".

News24.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında çıxışı zamanı deyib. 

Ərdoğan bildirib ki, Türkiyə bu prosesdə Azərbaycanla çiyin-çiyinə hərəkət edir:

"Qarabağda işğalın başa çatması ilə bölgəmizdə daimi sülh üçün tarixi imkan pəncərəsi açılıb. Bu fürsət pəncərəsinin bağlanmaması çox vacibdir. Hesab edirəm ki, Ermənistan bu prosesi uzunmüddətli strateji perspektivlə dəyərləndirməlidir. Biz həmçinin üçüncü tərəfləri prosesi zəhərləməkdənsə, konstruktiv töhfələr verməyə dəvət edirik".

Qumral