Dizeldə endirim gözlənilir
    • 23-04-2024, 15:21
    • 894

Dizeldə endirim gözlənilir

Brent markalı neftin qiyməti və valyuta məzənnəsindəki dəyişikliklərlə Türkiyədə vətəndaşlar benzin və dizel qiymətlərini izləməyə davam edir.

News24.az xəbər verir ki, qiymətlərdə kəskin artım olmasa, 25 aprel 2024-cü il cümə axşamından etibarən dizel qiymətlərində 1 lirə 40 quruş civarında endirim gözlənilir.

Qeyd edək ki, mövcud qiymətlər isə belədir:

- İstanbulda dizelin bir litrinin qiyməti 42 lirə 18 quruşdur.

- Benzinin litri orta hesabla 43 lirə 58 quruşa satılır.

Günel Məlikzadə