Prezident Sevdaya ev verdi - FOTO
    • 2-05-2019, 15:05
    • 2 657

Prezident Sevdaya ev verdi - FOTO

Prezident İlham Əliyevin göstərişi ilə əməkdar artist Sevda Ələkbərzadəyə ev verilib. 

News24.az xəbər verir ki, bu barədə 1News.az-a danışan ifaçı bunları deyib: "Cənab prezidentə bu hədiyyə üçün böyük təşəkkürümü bildirirəm. Sənət fəaliyyətimin otuz illiyini qeyd etməyə hazırlaşdığım vaxtda sənətimə verdiyiniz böyük qiymət, diqqət və inamınız üçün çox sağ olun. Baş verən hadisəyə görə, çox şadam. Təşəkkürümü bildirmək üşün söz tapa bilmirəm. Bu, sənət yubileyimə ən böyük hədiyyədir. Çox sağ olun cənab prezidnet".