"Şöhrətim məndən balamı aldı" - FOTO
    • 23-04-2024, 20:00
    • 8 492

"Şöhrətim məndən balamı aldı" - FOTO

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu... Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı, sadiq insanlar daha çoxdur. Amma tanımadığım insanlara inandığım və onları tez qəbul etdiyim üçün problem yaşayıram və sonradan özümü pis hiss edirəm".

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Qonaqcanlı" verilişində deyib. Müğənni aparıcı Aytəkin Mərdanovanın "Şöhrətiniz sizdən nəyi aldı" sualına belə cavab verib:

"Alagözlü balamı alıb, apardı özü ilə... Övladımı apardı, içimdəki sevinci, gülər Nazpərini də aldı apardı. İçimdə yaşadığım böyük bir kədər... Övladım, onu aldı məndən apardı".

Qeyd edək ki, Nazpəri bir neçə il əvvəl oğlu Əlini, daha sonra isə bacısı Zeynəb Dostəliyevanı itirib.