Azərbaycanda bu taksi şirkəti bağlandı
    • 23-04-2024, 23:01
    • 741

Azərbaycanda bu taksi şirkəti bağlandı


Azərbaycanda "Uklon" taksi şirkəti fəaliyyətini dayandırıb.

News24.az axar.az-a istinadla xəbər verir ki, bununla bağlı şirkət həm sürücülərə, həm də tətbiq istifadəçilərinə bildiriş göndərib.

Məlumatda 30 apel 2024-cü ildən etibarən "Uklon" avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyətini dayandıracağı qeyd olunub.

"Hörmətli sürücülər, nəzərinizə çatdırırıq ki, Azərbaycanda "Uklon" xidmətinin bağlanması ilə əlaqədar yaxın vaxtlarda onlayn pul kisənizdən şəxsi bank kartlarınıza və ya m10 hesabınıza bütün cari vəsaitlərinizi çıxarmalısınız. Mayın 6-sə, saat 16:00-a qədər "Ukloin" tətbiqində bütün vəsaitlərinizi çıxara bilərsiniz, sonra vəsaitləriniz m10-da pul kisələrinə köçürüləcək", - bildirişdə vurğulanıb.

Xatırladaq ki, "Uklon" ötən ilin mayında fəaliyyətə başlamışdı.