-
- 24-04-2024, 22:10
- 641
M çiçəyi epidemiyası elan edildi
Konqo Respublikasının Səhiyyə Naziri Gilbert Mokoki açıqlamasında ölkədə 19 M çiçəyi xəstəliyinin qeydə alınmasından sonra epidemiya elan edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, indiyə qədər heç bir ölüm halının qeydə alınmadığını vurğulayan Mokoki, ictimaiyyəti şübhəli hallardan və heyvanlarla yaxın təmasdan qaçmağa çağırıb.
Qeyd edək ki, endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan m çiçəyi iki növə bölünür: Konqo və Qərbi Afrika növləri.
Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.
28 noyabr 2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı stiqma və irqçiliklə bağlı narahatlıqları əsas gətirərək virusu "meymun çiçəyi" əvəzinə "m çiçəyi" adlandırıldığını açıqlayıb.
Günel Məlikzadə