-
- 24-04-2024, 17:46
- 375
Türk nazirdən Zəngəzur AÇIQLAMASI
"Türkiyənin yeni İpək Yolu olacaq İnkişaf Yolu Layihəsi və Zəngəzur Dəhlizi çərçivəsində planlaşdırılan quru və dəmir yolları üçün işlərimizə başladıq".
News24.az Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi ilə Türkiyə ilə Orta Asiya arasında yeni bir əlaqə qurulacağını vurğulayıb.
“Göründüyü kimi, Türkiyənin beynəlxalq daşımalarına üstünlük veririk", - nazir əlavə edib.