Türkiyəli nazirdən Zəngəzur dəhlizi mesajı:
    • 13-09-2023, 17:55
    • 223

Türkiyəli nazirdən Zəngəzur dəhlizi mesajı: "QISA MÜDDƏTDƏ BAŞLAYIRIQ"

“Türk dünyasını bir-birinə və Uzaq Şərqi Avropaya bağlayacaq daha bir mühüm dəhliz var. Bu, Zəngəzur dəhlizidir. Azərbaycan tərəfində işlər davam edir. İnşallah yaxın günlərdə və aylarda Türkiyə tərəfində işə başlayacağıq. Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı da irəliləyiş əldə etmişik, oradakı işləri də Azərbaycan, Ermənistan və Türkiyə olaraq izləyirik. Qısa müddətdə həyata keçirməyə çalışırıq. Ona görə də bu, Orta dəhliz üçün mühüm alternativlərdən biri olacaq”.

News24.az-ın məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir Şimal dəhlizinin hazırda fəaliyyət göstərmədiyini, qışın və coğrafi şərtlərin həmin dəhlizə nə dərəcədə təsir edəcəyinin müzakirə mövzusu olduğunu bildirib.

“İndi Orta və Cənub dəhlizi qalır. Cənub dəhlizində daha çox dəniz daşımalarına önəm verilir. Orta dəhliz isə intermodal daşımaların həyata keçirildiyi bir dəhlizdir.

Ayşən