Türkiyədən dəhliz açıqlaması:
    • 7-01-2024, 12:45
    • 267

Türkiyədən dəhliz açıqlaması: "vazkeçilməzdir"

“İran tərəfinə də söyləyirik: burada sizə əlaqə imkanı verə bilərik. Onların da bu mənada istəkləri var, bunu da müzakirə edirik. Bizim üçün Zəngəzur dəhlizi vazkeçilməzdir”.

News24.az  xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçirilə biləcəyini açıqlayıb.

“Dəhlizin 43 kilometri Ermənistan ərazisindədir. Ora da planlaşdırılma və layihələndirmə prosesi həyata keçirildikdə tamamlanacaq. Bu marşrutla türk dünyasına daha asan çatacağıq”.

Uraloğlu İranın da Zəngəzur dəhlizinə qoşulmaq istədiyini ifadə edib: “Türkiyə ərazisinə düşən hissə ilə bağlı addımlar atmışıq, 224 kilometrlik bir hissədən söhbət gedir. Təxminən 5 ilə buranı bitirdikdə, İnşallah 2028-ci ildə bütün marşrutu həyata keçirmiş olacağıq”.

Ayşən