Hərbi atların qaçması  çaxnaşma yaratdı
    • 24-04-2024, 23:40
    • 225

Hərbi atların qaçması çaxnaşma yaratdı

İngiltərənin paytaxtı Londonda hərbi atlar sərbəst buraxıldıqdan sonra şəhər mərkəzinə doğru qaçıblar.

News24.az xəbər verir ki, səhər saatlarında başlayan xaos zamanı ordunun şəxsi heyəti və atlar yaralanıb, maşınlara ziyan dəyib. 5 nəfərin yaralandığı bildirilib.

Mövzu ilə bağlı açıqlama verən ordu sözçüsü, "Bəzi hərbi atlar bu səhər adi məşq zamanı qaçıb. Atların hamısı xilas edilərək düşərgəyə geri göndərilib. Çoxlu personal və at yaralanıb, lazımi tibbi yardımları alırlar”.

Qeyd edək ki, əvvəlcə yeddi atın qaçdığı və polisin onları geri gətirmək üçün hərbçilərlə birlikdə işlədiyi güman edilir.

Günel Məlikzadə