-
- 25-04-2024, 09:10
- 439
Pasterizə edilmiş süddə quş qripi aşkarlandı
ABŞ Qida və Dərman Administrasiyasının açıqlamasına görə, ölkədə bəzi pasterizə olunmuş süd nümunələrində quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri aşkar edilib.
News24.az xəbər verir ki, səhiyyə agentlikləri virus və bakteriyaların xam və ya pasterizə olunmamış süd nümunələrində aşkar edildiyini bildirib.
Bununla belə, pasterizə olunmuş süd nümunələrində quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri də tapılıb.
FDA bununla bağlı bildirib ki, "Mövcud məlumatlara əsasən, pasterizasiya virusu təsirsiz hala gətirə bilər, lakin prosesin viral hissəciklərin mövcudluğunu aradan qaldıracağı gözlənilmir".
Onu da qeyd edək ki, ABŞ Kənd Təsərrüfatı Departamenti quş qripinin yayılmasının qarşısını almaq üçün dövlət sərhədlərini keçən inəklərin sınaqdan keçirilməsini tələb edən federal sərəncam verib.
Günel Məlikzadə