-
- 29-12-2022, 11:38
- 275
Donmuş virus canlandırıldı: Dünyada yeni xəstəlik yayıla bilər
Fransız alimi Jean-Michel Claverie Sibirdə 50 min il əvvəl donmuş virusu canlandırıb.
News24.az xəbər verir ki, virusun yenidən canlandırılması dəhşətli iddialara səbəb olub. Belə ki, bir çox alimlərin iddialarına görə bu virusun canlanması dünyada yeni təhlükəli xəstələyin yaranması səbəb olacaq.
Alimlər bildiriblər ki, bəzi ölümcül patogenlər son dərəcə davamlı olur. Məsələn, çiçək virusunun DNT-si Yakutiyada 300 il əvvəl vəfat etmiş, əbədi dondan çıxarılan insanların cəsədlərində, həmçinin Misirdə yaşı 3,2 min il olan firon V Ramzesin mumiyasının dəri qabıqlarında tapılıb. ABŞ tədqiqatçıları 15 min illik Tibet Quliya buzlaqından alınan buz nüvəsi nümunələrində mikrob icmasını da tədqiq ediblər. Çoxsaylı bakteriyalara əlavə olaraq, PCR analizi ən azı 33 viral populyasiyanın genetik ardıcıllığını ortaya qoyub ki, onlardan 28-i əvvəllər məlum olmayan qədim viruslardır. Onlardan 14-nün elm adamları viral və bakterial nukleotid ardıcıllığının oxşarlığı metodundan istifadə edərək, eyni nümunələrdə ev sahibi mikrobları olduğunu da aşkarlayıblar.
Bu, o deməkdir ki, qədim viruslar orqanizmləri, bu halda bakteriyaları yoluxdurmaq qabiliyyətini saxlayıb.
Aynurə