1 nəfərdə quş qripi aşkarlandı
    • 2-04-2024, 13:14
    • 522

1 nəfərdə quş qripi aşkarlandı

ABŞ-ın Texas ştatının Səhiyyə Xidmətləri Departamenti dünən ştatda bir nəfərdə quş qripinin aşkar edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, nazirlik açıqlamasında deyib: “Xəstə quş qripinə yoluxduğu güman edilən inəklərlə təmasda olduqdan sonra pisləşib. Bu, ABŞ-da bir insanda aşkar edilən ikinci quş qripi hadisəsidir”.

Quş qripi virusları nadir hallarda insandan insana ötürülür. Buna görə də, geniş ictimaiyyət üçün riskin aşağı olduğuna inanılır. Lakin quş qripi A(H5N1) olduğundan şübhələnən heyvanlarla yaxın təmasda olan insanlarda yoluxma riski daha yüksəkdir.

Günel Məlikzadə