Keyt və Uilyamdan birgə açıqlama
    • 26-03-2024, 21:15
    • 232

Keyt və Uilyamdan birgə açıqlama

Bir müddətdir haqqında spekulyasiyalarla gündəmdə olan Uels şahzadəsi Keyt Middlton bir neçə gün əvvəl xərçəng müalicəsi gördüyünü açıqlamışdı. Xəstəlik haqqında eşitdikdən sonra ilk açıqlama Uels şahzadəsidən gəldi.

News24.az xəbər verir ki, bir neçə ay əvvəl qarın nahiyəsindən əməliyyat olunan və uzun müddətdir ictimaiyyət arasında görünməyən Uels şahzadəsi Keyt Middlton xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb.

Bütün bunların ardından Saraydan BBC vasitəsilə edilən şərhdə bunlar deyildi:

"Böyük Britaniyadan, Birlikdən və dünyanın hər yerindən insanların xoş mesajları ilə heyrətə gəldik. İctimaiyyətin isti münasibəti və dəstəyindən dərin təsirlənərək minnətdarlığımızı bildiririk".

Günel Məlikzadə