Makron: Avropanın ölmə riski var
    • 25-04-2024, 15:37
    • 156

Makron: Avropanın ölmə riski var

Fransa prezidenti Emmanuel Makron bu gün verdiyi açıqlamada Avropanı tənqid edib.

News24.az xəbər verir ki, Makron güclü Avropa qurmaq uğrunda mübarizənin qalib gəlməkdən uzaq olduğunu və Avropanın növbəti onillikdə qlobal rəqiblərindən geri qalmaq riski ilə üzləşdiyini söyləyib.

Makron Parisdəki Sorbonna Universitetində etdiyi çıxışında “Avropanın ölmə riski var” deyərək, Avropanın “düşmən qlobal güclərin risklərinə” çox yavaş oyandığını bildirib.

Fransa lideri bəyan edib ki, Avropa qırılma nöqtəsindədir. Sürətlə silahlanan qlobal rəqibləri ilə mübarizə aparmaq üçün daha çox iş görməlidir.

“Biz yüksək rütbəli hərbi kadrların hazırlanması üçün Avropa hərbi akademiyası yaratmalıyıq”, - Makron əlavə edib.

Günel Məlikzadə