Makron:
    • 26-03-2021, 10:25
    • 467

Makron: "Avropa dünya müharibəsinin yeni növü ilə üz-üzədir"

"Avropa peyvəndə görə dünya müharibəsinin yeni növü ilə üz-üzədir". 

News24.az “Le Figaro”ya istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının virtual sammitindən sonra baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, buna  əsasən Rusiya və Çinin peyvəndlərin köməyi ilə təsir etmək istəyi səbəb olur. 

Fransa lideri mövcud vəziyyətdə Avropanın bu cür dərman istehsalında müstəqil olmasının vacibliyini vurğulayıb.

E.Makron önümüzdəki aylarda Avropanın koronavirus peyvəndi istehsalını artıracağını və ən böyük peyvənd istehsalçısı olacağını vəd edib.

O, eyni zamanda  istehsalçının vaksini Avropa İttifaqına tədarük etmə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə ixracın qarşısını almağı təklif edib.