-
- 27-02-2024, 13:29
- 308
Makron Putini qəzəbləndirəcək
On minlərlə insanın həyatına son qoyan Rusiya-Ukrayna müharibəsi davam edərkən, Fransa prezidenti Makron Moskvanı qəzəbləndirəcək açıqlama verib. Makronun kritik zirvədən sonra verdiyi açıqlama ilə Paris-Moskva xəttində gərginlik pik həddə çatıb.
News24.az xəbər verir ki, Makron Ukraynaya daha çox hərbi yardımı müzakirə etmək üçün bir araya toplaşdığı Avropa liderlərinin Ukraynaya əsgər göndərilməsi ilə bağlı konsensusa gələ bilmədiklərini, lakin bu variantın da gözardı edilə bilməyəcəyini bildirib. Ukraynanın müttəfiqi olan 20-yə yaxın ölkəni qəbul etdikdən sonra verdiyi açıqlamada Makron, "Hazırkı mərhələdə qoşunların göndərilməsi ilə bağlı konsensus yoxdur" dedi.
Günel Məlikzadə