Balinalar kütləvi şəkildə sahilə çıxdı
    • 25-04-2024, 17:00
    • 300

Balinalar kütləvi şəkildə sahilə çıxdı

Avstraliyada Bioloji Müxtəliflik, Qoruma və Attraksionlar Departamenti (DBCA) Dunsboro turizm şəhəri yaxınlığındakı Toby's Inlet sahilə çıxan balinalarla bağlı açıqlama verib.

News24.az xəbər verir ki, sahilə çıxan 160-a yaxın balinadan 26-nın öldüyü bildirilib.

Regional vəhşi təbiət meneceri Pia Courtis balinaların bu gün tezdən sahilə çıxdığını bildirib.

"Təəssüf ki, pilot balinalarımız sahiə çıxdıqca, nəticə çox vaxt yaxşı olmur. Nəticədə çoxlu sayda heyvan ölür", - Kortis deyib.

Qeyd edək ki, səlahiyyətlilərin fikrincə qumlu çimərliklər balinaları azdırır və onların sahilə çıxmasına səbəb olur.

Günel Məlikzadə