-
- 25-04-2024, 17:11
- 316
Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...
Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
"Düzünü desəm, sərhəd dirəyini quraşdırdığımıza şadam", - o qeyd edib.
A.Simonyan hesab edir ki, bu gün Tavuş vilayəti əvvəlkindən daha çox qorunur.
Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.