Yeni araşdırma: Bu qan qrupunun insult riski daha yüksəkdir
    • 25-04-2024, 22:30
    • 810

Yeni araşdırma: Bu qan qrupunun insult riski daha yüksəkdir

Merilend Universitetinin tədqiqatçıları qan qrupları və insult arasındakı əlaqəni araşdırıblar. Araşdırmanın nəticələri Neurology jurnalında dərc olunub.

News24.az xəbər verir ki, tədqiqatçılar insult keçirmiş 17 000 və insult keçirməyən təxminən 600 000 insanı əhatə edən 48 genetik tədqiqatdan məlumat toplayıblar.

Qeyd edək ki, bütün iştirakçılar 18-59 yaş arasında olub.

Tədqiqatçılar A (II qrup) qan qrupunun genomu ilə insultun erkən başlaması arasında aydın əlaqə müəyyən ediblər.

A qan qrupuna sahib insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına malik olanlarla müqayisədə 16 faiz daha yüksək olub.

O ( I qrup) qan qrupu olanlar üçün risk 12 faiz aşağı olub.

A qan qrupunun niyə daha yüksək risklə əlaqəli olduğu hələ dəqiq bilinmir.

Alimlər vurğulayırlar ki, A qan qrupu olan insanlarda insult riskinin artması "aşağı" olub və buna görə də xüsusi müayinəyə ehtiyac yoxdur.

Günel Məlikzadə