-
- 25-04-2024, 18:57
- 300
İsti hava 6 nəfərin həyatına son qoydu
Filippində havanın həddindən artıq isti olması 6 nəfərin həyatına son qoyub.
News24.az xəbər verir ki, bu barədə Filippin Səhiyyə Nazirliyi açıqlama verib.
Məlumata görə, havanın temperaturu səbəbindən 34 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 6-sı dünyasını dəyişib.
Qeyd edək ki, hava səbəbindən bir çox məktəblərdə təhsil dayandırılıb.
Mehriban Mirzəzadə