8 silahlı dəstə üzvü öldürüldü
    • 26-04-2024, 08:54
    • 156

8 silahlı dəstə üzvü öldürüldü

Nigeriyanın Bauçi əyaləti Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Əhməd Məhəmməd Vakil açıqlamasında ştatda silahlı şəxslərə qarşı əməliyyat keçirdiklərini bildirib.

News24.az xəbər verir ki, Vakil əməliyyatda 8 dəstə üzvünün öldürüldüyünü, çoxlu sayda dəstə üzvünün isə yaralanaraq xilas olduğunu qeyd edib.

Əməliyyat zamanı silahlı dəstə üzvləri tərəfindən girov götürülən 3 nəfərin xilas edildiyini bildirən Vakil, dəstə üzvlərinə məxsus çoxlu silah və mühüm sursatların ələ keçirildiyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Günel Məlikzadə