Ayını tikə-tikə doğrayıb zibil yeşiyinə atdılar
    • 26-04-2024, 17:01
    • 480

Ayını tikə-tikə doğrayıb zibil yeşiyinə atdılar

Bursanda zibil toplamaq üçün gələn Orhangazi Bələdiyyəsi Təmizlik İşləri Müdirliyi işçiləri qablardan birində ət parçaları olduğunu görüb.

News24.az xəbər verir ki, işçilərin xəbəri üzərinə hadisə yerinə gələn polis işçiləri zibil qabındakı ət parçaları ilə bağlı araşdırma başladıb.

Ərazidə araşdırma aparan qruplar E.K.-nın evinin bağçasında, konteynerin yanında kəsilmiş ayı başı aşkarlayıb. Sözügedən ətin bu heyvana aid olduğu müəyyən edilib.

Qeyd edək ki, kəsilən baş və ətlər polis nəzarəti altında bələdiyyə qrupları tərəfindən götürülərək basdırılmağa aparılıb.

Polis evdə tapılmayan E.K.-nı tapmağa çalışır.

Günel Məlikzadə