Məscidin həyətində yeni doğulmuş körpə tapıldı
    • 6-04-2024, 21:10
    • 262

Məscidin həyətində yeni doğulmuş körpə tapıldı

Türkiyədə Şərifə Hatun məscidində ikindi namazından əvvəl yeni doğulmuş körpə kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən məscidin həyətinə buraxılıb.

News24.az xəbər verir ki, məscid camaatı oğlan olduğu üzə çıxan körpəni görüb və vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib.

Xəbər üzərinə hadisə yerinə tibb və polis işçiləri sövq edilib. Körpə hadisə yerinə gələn tibb işçiləri tərəfindən yoxlanılaraq mühafizə altına alınarkən, polis qrupları məscidin ətrafında araşdırma başlatdı.

İlkin tibbi müayinədən keçən körpə təcili yardımla Aksaray Təhsil və Araşdırma Xəstəxanası Uşaq Təcili Xidmətinə aparılıb. Körpənin səhhətinin yaxşı olduğu öyrənilib.

Polis qrupları körpəni tərk edən şəxs və ya şəxslərin axtarışı üçün çalışarkən, Aksaray Respublika Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Günel Məlikzadə