-
- 26-04-2024, 22:00
- 1 277
Bu bürclər mayda yüksək məbləğlər itirəcək
Astroloqlara görə, bəzi bürclər may ayında pul itkisi ilə qarşılaşacaqlar.
News24.az Metbuat.az-a istinadən həmin bürcləri təqdim edir:
Balıqlar - növbəti ay işləriniz yolunda getməyə bilər. Layihələrin təqdimatı və satış üçün uğursuz müddətdir. Lakin bədbinliyə qapılmağa dəyməz, qısa müddət sonra yeni təkliflər və maliyyə əldə etmək üçün fürsətlər olacaq.
Şir - ailə və yaxınlarınızla əlaqədar olaraq maliyyə itkiləri gözlənilir ki, bu da planlarınızda dəyişikliklərə səbəb olacaq. Risk etməkdən qorxmamaq, planlı hərəkət etmək lazımdır ki, "qara zolaq"dan daha az ziyanla çıxasınız.
Əqrəb - mayda pul itkisi yaşaya bilərsiniz. Lakin bu itkilərin kompensasiyası mümkün olacaq. Odur ki, hədəfə doğru getdiyiniz yoldan çəkinməyin, ağıllı addımlarla düşdüyünüz situasiyadan çıxmaq olacaq.