-
- 27-04-2024, 08:50
- 397
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
“Mağazadan qovulan gənc qadınla bağlı mənim yanaşmam bir qədər fərqlidir. Görüntülərdəki xanımın geyim tərzi, davranışı bir az şübhəli idi. Mən insan alveri məsələləri məşğul olduğuma görə, bunu sezə bilirəm”.
News24.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva deyib.
O, müzakirələrə səbəb olan görüntülərdə fərqli məqama diqqət çəkib:
“Həmin xanım sanki istəməyərək özünə uyğun olmayan geyimlə insan arasına çıxmışdı. Hiss olunurdu ki, mədəni qızdır, çünki o cür aqressiyaya qarşı hirsli cavab vermədi, sakit halda mağazanı tərk etdi. Onun cəmi 2 manatı var idi və həmin pulla nə isə almaq istəyirdi. Bu, mənə çox şübhəli gəldi. Mənə maraqlı olan odur ki, sözügedən xanımı kim o cür geyindirib? Hiss etdim ki, həmin xanım o tərzdə biri deyil, o geyim də ona aid deyil. Gənc xanım idi, özü də çox utancaq idi. Görüntülərdən hiss olunurdu ki, həm də qorxaq idi, həmin qorxu ilə hətta mağazadan çıxanda belə heç kəsə fikir vermədi, baxmadı, başını aşağı salıb getdi. Bütün bunlar mənə şübhəli gəldi, sanki kimsə onu bu həyat tərzinə məcbur edir”.
Z.Mustafayeva mağazadan qovulan xanımın insan alverinin qurbanı olduğu ehtimalını da irəli sürüb:
“Mağazadakı xanımın isə gəncə qarşı bu cür aqressiv davranışı, “Çıx bayıra!” deməsi isə düzgün deyildi. Bu tip məsələlərdə yanaşma tərzi fərqli olmalıdır. Əgər onu mağazadan qovan qadın milli dəyərlərimizi fikirləşirdisə, fikir yürütmək istəyirdisə, bunu belə aqressiv deməyə gərək yox idi. Bu vəziyyətdə gənci kənara çəkə və sözünü deyə bilərdi. Kadrlardan aydın görünür ki, yaşı gənc olan biridir, təqribən, 21-22 yaşı olar. Onu kənara çəkib sözünü deyə bilərdi. Qovulan qız da utancaq qız idi, bəlkə də düzgün tərzdə ona nə isə deyilsə idi, dərdini açıb danışardı, hər şeyi açıqlayardı, deyərdi ki, məni buna məcbur edirlər, geyinmək istəmirdim. Bu cür məsələlərdə ehtiyatlı olmaq lazımdır, yanaşma tərzi aqressiv olmamalıdır. Yaşlı insanların gənclərə bu cür əsəbi yanaşması düzgün deyil, əksinə, onların fikirləri tərbiyə, məsləhət xarakterli olmalıdır. Təəssüf ki, bizdə başqa cürdür.
Biz sivil bir ölkədə yaşayırıq, hər bir şəxsin öz hüquqları var, istər geyim tərzi, istərsə davranışı şəxsin özünə aiddir. Onda gərək biz hicab və ya niqab bağlayanlara, İŞİD-in yaydığı geyim tərzində olanlara qarşı da mübarizə aparaq. Hansı ki, onların heç gözləri də görsənmir. Amma onlara heç nə deyən yoxdur. Demirik, çünki fikirləşirik ki, biz tolerant ölkədə yaşayırıq və Azərbaycanda müxtəlif əqidədə, müxtəlif təriqətlərdən, dinlərdən olanlar var, onların hüquqları var. Bu baxımdan, biz heç kimin hüquqlarını tapdalayıb, onlara təzyiq göstərə bilmərik”.