Leyla: “Camaat kosmosa uçur, biz isə yengə məsələsini müzakirə edirik” - VİDEO
    • 14-06-2019, 16:41
    • 1 827

Leyla: “Camaat kosmosa uçur, biz isə yengə məsələsini müzakirə edirik” - VİDEO

“Həmin şərhləri yazanlar Biləcəridən o tərəfə keçməyənlərdir”

News24.az xəbər verir ki, bu sözləri “Xəzər” TV-də yayımlanan “Ənənə boğçası” verilişinin aparıcısı Leyla Mustafayeva deyib. O, osminoq yeyərkən çəkilən videosuna görə onu kəskin tənqid edənlərə mesaj göndərib:

“Şərhlərin heç biri mənə maraqlı deyil. Çünki, osminoqu o cür ölkə yeyir. Ən azından onlara hörmət üçün həmin sözləri yazmamalıydılar. Bu, qeyri-etik idi. Məncə həyatında bir dəfə olsa onun dadına baxan insan o sözləri yazmaz.  Dünyagörüşü geniş olan və ölkələr gəzən insan üçün isə bu, normal haldır”.

Azərbaycanla yanaşı dünya adət-ənənələrini də işıqlandıran teleaparıcı gələcək pılanlarından da danışıb: “Afrikadan başlamaq istəyirəm, çünki fərqli ölkədir və adətləri də fərqlidir. Allah yolumuzu açar və oranın da adət-ənənələrini də görərik. Qəbilə toyu çəkib, nələr yediklərini tamaşaçılara göstərərik. Ümumiyyətlə, insanlar var ki, Avropanı sevir, mən isə Asiya tərəfi seçirəm”.

L.Mustafayeva övladı ilə aralarında yaranan dartışmalardan, onun maraqlandığı sahələrdən də söz açıb: “Övladımın ön üç yaşı var və yaxşı oxuyur. İndi ona söz demək mümkün deyil, dəymədüşər vaxtıdır. Bu yaşda yeniyetmələr özlərini ağıllı hesab edir, heç bir məsləhətə qulaq asmırlar. Bir az çətinlik hiss edirəm. Xüsusən də, son vaxtlar telefona görə aramızda mübarizə yaranıb. Mübahisələrimiz bu üzdən olur. Tez-tez küsürük. Mən telefonu gizlədirəm, o da bu səbəbdən mənimlə dava edir. Marağı incəsənət və tibb sahəsinədir. İnşallah tibbi seçər. İnanıram ki, o vaxta qədər mədəniyyət və incəsənət sahəsi bir az inkişaf edər. Amma mən onun tibb sahəsində daha uğurlu olacağını düşünürəm. Həm də evdə bir məşhur var, bəsimizdir”.

Leyla Mustafayeva bizimlə söhbətində “Ənənə boğçası” verilişində müzakirələrə səbəb olan mövzuya da toxunub: “Verilişdəki yengə mövzusunu geridəqalmışlıq kimi qiymətləndirdilər. Lakin bizim mentalitetimiz var. Valideynlər övladlarını mentalitetlə tərbiyə edirlər. Deyirlər ki, camaat göyə, kosmosa uçur, biz isə yengə məsələsini müzakirə edirik. Amma nə qədər müasirləşsək də, bizim mentalitetimiz var”.

Aparıcı  Ahıska türklərinin adətlərinin onu heyrətləndirdiyini də etiraf edib: “Azərbaycanda məni şoka salan Saatlıda yaşayan Ahıska türklərinin adətləri olub. Onların adətlərini görəndə heyran qaldım. Ona görə də hər il özümə borc bilirəm ki, bir dəfə də olsa, onları çəkim. Bizim digər bölgələrimizdən fərqli olaraq, Ahıska türkləri öz adətlərini yaşatmağa davam edirlər”.