-
- 5-03-2024, 20:00
- 653
Çində "iPhone" satışları azalıb
"Counterpoint Research" məlumatlarına görə, Apple-ın Çində "iPhone" satışları 2024-cü ilin ilk 6 həftəsində 24 faiz azalıb.
News24.az xəbər verir ki, Kaliforniyanın Kupertino şəhərində yerləşən şirkət Çinin ən çox satılan smartfonu ünvanını Çinin Dongguan şəhərində qurulan smartfon markası Vivo-ya itirib. Hər iki şirkətin satışları bu dövrdə azalıb. Vivo-nun ölkə daxilində satışları 7 faiz azalıb.
Çin Huawei-nin bazar payı bu dövrdə 9,4 faizdən 16,5 faizə yüksəlib. Əvvəlki il 19" olan Apple-ın bazar payı 15,7%-ə düşüb.
"Counterpoint" analitiki İvan Lam öz qiymətləndirməsində deyib: "İstehlakçı Güvəninin azalmasına baxmayaraq, Huawei-nin istehsalının artması onun məşhur "Mate 60" seriyasına olan tələbatı ödəməyə imkan verdi. Bununla belə, "Apple" üçün çətinlik qısa müddətdə davam edə bilər".
Günel Məlikzadə