Apple-ın satışları AZALDI
    • 26-03-2024, 18:52
    • 406

Apple-ın satışları AZALDI

Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının məlumatlarına görə, Çində iPhone satışları keçən ay 33 faiz azalıb. Ötən ay beynəlxalq brendlərin smartfon satışı cəmi 2,4 milyon olub. Azalmaya baxmayaraq, Apple beynəlxalq satışlarda ən böyük paya sahib idi.

News24.az xəbər verir ki, Apple yanvar ayında Çində 5,5 milyon ədəd satıb.

ABŞ-ın texnologiya nəhənginin Çində premium smartfonlar sahəsində əsas rəqibi olan Huawei-nin son telefon modelləri Apple-ın bazar payının azalmasında təsirli olub. Apple-ın satışları bu ilin ilk 6 həftəsində 24 faiz azalıb.

Çində ümumi smartfon bazarı da fevral ayında təxminən üçdə bir azalıb. Bu vəziyyət istehlakçıların dəbdəbəli məhsulları istehlak etməkdən çəkindiyini göstərdi.

Analitiklər iPhone satışlarının azalmasının ilin qalan hissəsində də davam edəcəyini gözləyirlər. Jefferies-dən Edison Linin rəhbərlik etdiyi analitiklər iPhone satışlarının bu il 20 faizdən çox azalacağını və bazar itkilərinə səbəb olacağını gözləyirlər.

Günel Məlikzadə