-
- 3-05-2019, 13:18
- 1 208
Tahir Kərimli: "Yaşadığım binada əxlaqsızlıq yuvası yaradırlar"
Millət vəkili Tahir Kərimli yaşadığı binanın əxlaqsızlıq yuvasına çevrilməsindən şikayətlənib.
News24.az ONA-ya istinadla xəbər verir ki, bu barədə o, parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı bildirib.
Tahir Kərimli deyib ki, bir müddət öncə qanunvericiliyə çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi istiqamətində dəyişiklik edildi:
“İndi biz bunun acı nəticəsini yaşamaqdayıq. Hamı sözünü deputata deyir, bəs deputat üzləşdiyi problemi kimə deməlidir? Bu gün mənim yaşadığım binada kimlərsə binanın yarısını hostelə çevirməklə, orada insan alveri, əxlaqsızlıq yuvaları yaradırlar. Bununla da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb, amma nəticəsi yoxdur. Odur ki, binanın sakinləri oradan köçmək məcburiyyətindədir. Buna bir çarə qılınsın və qarşısı alınsın”.