-
- 3-05-2019, 13:47
- 918
Hostellərdən əxlaqsızlıq yuvası kimi istifadə olunur? - Generaldan açıqlama
Azərbaycanda 14 qurum bizimlə birlikdə insan alverinə qarşı mübarizə aparır. Bu sırada Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumlar var”.
News.az-ın ONA-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə illik məlumatın müzakirəsi zamanı Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.
V. Eyvazov deyib ki, 453 uşağın insan alveri qurbanı olması təsdiqini tapmayıb: “Uşaqların insan alveri qurbanına çevrilməməsi üçün tədbirlər nəzərdə tutulur. Azərbaycandan 2005-ci ildən bu yana 3 insan orqanının qanunsuz satılması faktı qeydə alınıb. Bu, insan alverinin bir formasıdır və nəzarətdə saxlanılır. Bəzən böyrəklərin, digər orqanların qanunsuz satılması barədə xəbərlər yayılır. Bu xəbərlər yoxlanılır və onların heç bir təsdiqini tapmayıb”.
Milli Koordinator bəzi uşaqların təəssüf ki, dilənçiliyi peşə seçdiyini bildirib: “Azərbaycan bu sahədə daha ciddi işlər görülüb”.
V.Eyvazov hostellərlə bağlı məsələyə də münasibət bildirib: “Sahibkarlıq obyektlərinin yoxlanılması ilə bağlı qanunvericilikdə məhdudiyyət var. İnzibati deyil, maarifləndirici yollarla bu problemin aradan qaldırılmasına nail ola bilərik”.