Elnarə Abdullayevanın polis bölməsinə aparılması ilə bağlı AÇIQLAMA
    • 27-08-2020, 15:30
    • 676

Elnarə Abdullayevanın polis bölməsinə aparılması ilə bağlı AÇIQLAMA

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib. Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb. Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.

​Məsələni araşdırmaq üçün Əməkdar artistlə əlaqə saxlamağa cəhd etdik. Özünü xanəndənin bacısı oğlu kimi təqdim edən şəxs News24.az-a açıqlama verib: "Yalan xəbərdir. Elnarə xanım hazırda çəkilişlə bağlı Şamaxıdadır. Adı portalda var, heç kimi polis bölməsinə aparmayıblar".

Sevda Bayramova