Bu əraziyə yerüstü piyada keçidi qoyuldu
    • 28-04-2024, 11:30
    • 160

Bu əraziyə yerüstü piyada keçidi qoyuldu

Xəbər verdiyimiz kimi, aprelin 28-də M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

News24.az bildirir ki, artıq sözügedən ərazidə yerüstü piyada keçidinin inşası yekunlaşıb.