Vilayət Eyvazov Seyfulla Əzimova yeni vəzifə verdi
    • 13-08-2019, 21:46
    • 1 755

Vilayət Eyvazov Seyfulla Əzimova yeni vəzifə verdi

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.
Qeyd edək ki, V.Eyvazov nazir vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.
DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.