İrəvan-Gümrü yolu bağlandı
    • 28-04-2024, 14:00
    • 145

İrəvan-Gümrü yolu bağlandı


Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.

News24.az APA-ya istinadən xəbərinə görə, polis əməkdaşlarının səylərinə baxmayaraq hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.