-
- 12-03-2024, 13:52
- 263
Paşinyandan delimitasiya ilə bağlı AÇIQLAMA
“Sərhədlərin delimitasiyası Tavuş vilayətindən başlayacaq”.
News24.az “Sputnik-Armenia”ya istinadən xəbərinə gör, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, ölkəsi Azərbaycana qarşı beynəlxalq səviyyədəki iddialardan da imtina edəcək:
“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası Tavuş vilayətindən başlayacaq. Yaxın günlərdə mən özüm də həmin əraziyə gedib vəziyyətlə yerində tanış olacağam. Sülh müqaviləsinin imzalanmasına qədərki dövrdə beynəlxalq instansiyalara Azərbaycan əleyhinə göndərdiyimiz şikayətlərdən imtina edəcəyik. Razılıq əldə edəcəyiksə, şikayətlərə də ehtiyac olmayacaq. Mən bir məsələyə də toxunmaq istəyirəm. Söhbət ondan gedir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə sonuncu müzakirələr zamanı azan hərbi qulluqçuların qarşılıqlı olaraq qaytarılması barədə razılıq əldə olunub. Ruslan Pənahovun təhvil verilməsi ilk belə hadisə idi”
Fərid Azəri