Şəkidə qəza -Xəsarət alanlar var
    • 28-04-2024, 18:34
    • 127

Şəkidə qəza -Xəsarət alanlar var



Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Toyota” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “Toyoto”-nun sürücüsü 1978-ci il təvəllüdlü Qax rayon sakini Qoqita Babacanaşvili və 1987-ci il təvəllüdlü Rəşad Nuru oğlu İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.