Şəkidə 2 avtomobil toqquşub, piyada xəsarət alıb
    • 21-01-2024, 20:29
    • 237

Şəkidə 2 avtomobil toqquşub, piyada xəsarət alıb

Şəkidə minik avtomobilləri toqquşub.

News24.az APA-ya istinadla bildirir ki, hadisə saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Ford” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra “Ford” ərazidə olan piyada - 1995-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Nəcməddin Məcnun oğlu Əhmədovu vurub. Xəsarət alan N. Əhmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.