“Avtobusa minməyə pulum yox idi”
    • 28-04-2024, 19:32
    • 163

“Avtobusa minməyə pulum yox idi”


Aparıcı Xoşqədəm Hidayətqızı növbəti açıqlamalarıyla diqqət çəkib.

News24.az OLAY-a istinadla yazır ki, o, 1997-ci ilə qədər avtobusa minməyə pulunun olmadığını deyib. Bu barədə Hidayətqızı “Günaydın Azərbaycan” verilişində söz açıb.

“İdman olmasa, mən ölə bilərəm. Çünki məni saxlayan idmandır. 1997-ci ildən əməlli-başlı idmanla məşğulam. 1997-ci ilə qədər də piyada gəzirdim, idman idi. O vaxt bilmirdim ki, bu idmandır. İnsanlar indi yürüşə çıxır. Pulumuz yox idi, atamgil əziyyət çəkməsin deyə, mən kilometrlərlə məsafəni oxuduğum universitetə piyada gedirdim. 6-7 kilometr idi. Bilmirdim, idman imiş bu. Avtobusa minməyə belə pulum yox idi. Naxçıvanda da, Bakıda da universitetə piyada gedib-gəlirdim”, - deyə, o, söyləyib.