Abşeronda DƏHŞƏTLİ CİNAYƏT: kişi arvadını öldürdü
    • 28-04-2024, 23:58
    • 568

Abşeronda DƏHŞƏTLİ CİNAYƏT: kişi arvadını öldürdü


Aprelin 28-də saat 22:30-də Abşeron rayonu ərazisində 48 yaşlı Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Ağayevin həyat yoldaşı Laçın Ağayev saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.