Gəncədə döyülən gənc xəstəxanada ölüb - YENİLƏNİB
    • 1-08-2018, 17:17
    • 979

Gəncədə döyülən gənc xəstəxanada ölüb - YENİLƏNİB

Gəncədə küçədə döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

Bir neçə gün öncə Məhsəti qəsəbə sakini, 1994-cü il təvəllüdlü Kamran Yüsifov hələki bilinməyən səbəbdən tanımadığı şəxs tərəfindən küçədə döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi köməkliyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.